Fazil Mustafaya sui-qəsd: İran eyni gündə bir neçə ölkədə... - Belə təsadüflər olmur..

29-03-2023, 10:38           
Fazil Mustafaya sui-qəsd: İran eyni gündə bir neçə ölkədə... -
Martın 28-də İrana bağlı terror qrupları bir neçə ölkədə İsrail vətəndaşları və başqa şəxslərə qarşı terror törətməyə çalışıblar.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasında millət vəkili Fazil Mustafaya qarşı törədilən terrorla eyni vaxtda Yunanıstanın paytaxtı Atenada da İsrail vətəndaşlarına məxsus restoranda terror törətməyi planlaşdıran iki şəxs həbs edilib.

İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar Təşkilatı (MOSSAD) saxlanılan şəxslərin İrandan idarə olunan geniş terror şəbəkəsinin üzvü olduqlarını elan edib.

Məsələ ilə bağlı Yunanıstan polisi açıqlama verib və bildirib ki, iki terrorçunun saxlanılması ilə xaricdən yönləndirilən böyük terror şəbəkəsinin təxribatçı planlarının qarşısını alıb.

Atena xəbər agentliyi Yunanıstan polis rəsmilərinə istinadən həbs edilən 27 və 29 yaşlı terrorçuların pakistan vətəndaşları olduqlarını və İrandan göstəriş aldıqlarını yazıb.

Mossad anti-terror əməliyyatında əməkdaşlarının rolunu açıqlayıb və bildirib ki, planlaşdırılan terror aktı İran daxilindən yönəldilmiş geniş şəbəkənin bir hissəsi idi.

İsrailin xarici işlər naziri Eli Kohen və müdafiə naziri Yuaf Qalant terror aktının qarşısını vaxtında aldığı üçün Yunanistan hökumətinə təşəkkür ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru