Şəhid qardaşı ilə aparıcı arasında “söz atışması”: - “Öz övladlarınızı fəda edin”

13-04-2023, 20:29           
Şəhid qardaşı ilə aparıcı arasında “söz atışması”: -
Vətən Müharibəsinin şəhid mayoru Vüsal Vəliyevin qardaşı, elmi işçi Elyar İslamoğlu ilə aparıcı Zülfiyyyə Bayramova arasında qalmaqal yaşanıb. TEREF.AZ “Sherg.az”a istinadla xəbər verir ki, buna səbəb aparıcının övladlığa götürdüyü oğlunun şəhid olması ilə bağlı açıqlamasından sorna İslamoğlunun feysbukda yazdığı status olub:

“Övlad sənin deyilsə, nə asandır fəda etmək. Öz övladlarınızı da fəda edin, sonra pafosla danışarsınız”.

Bunun ardınca Z.Bayramova “Mənim haqqında danışdığım Əmrah Bayramov bu şəkildəki igiddir. Əgər siz məni yanlış anlamısınızsa, buyurun şəkilə diqqətlə baxın. Bəli, bu, bizim Əmrahdı, Elyar İslamoğlu.

Diqqətli olmaq lazımdı. Kimsəni ittiham etməyə tələsməyin. Allah bütün şəhidlərə rəhmət etsin” sözlərini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru