Bundan yalnız Rusiya qazanır - Ukrayna kəşfiyyatı

14-04-2023, 09:39           
Bundan yalnız Rusiya qazanır - Ukrayna kəşfiyyatı
ABŞ-ın məxfi sənədlərinin geniş miqyasda sızmasından yalnız Rusiya qazanır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O bildirib ki, Rusiya bunun yeganə benefisiarı sayılır:

“Araşdırmadan sonra biz yekun cavabı alacağıq. Bizim ABŞ-ın müvafiq xidmətləri ilə əlaqələrimiz var. İlk saatlardan biz danışmağa başladıq. Ukrayna-ABŞ münasibətlərinə xələl gətirəcək heç bir risk yoxdur. Məlumat sızması müharibənin gedişatına böyük təsir göstərə bilməz. Problem varsa, həll ediləcək. Problem yoxdursa, daha yaxşı... Bu, hücum əməliyyatlarının real nəticələrinə təsir edə bilməz. Yaxın gələcəkdə əks-hücumun nəticələrini hamı görəcək və hiss edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru