Kənddə biabırçılıq: Əmisinin yetkinlik yaşına çatmayan nəvəsi ilə... - MƏHKƏMƏ İŞİ

15-04-2023, 12:04           
Kənddə biabırçılıq:
Şəki rayonunda 1993-cü il təvəllüdlü Nəsib qohumunun yetkinlik yaşına çatmayan qızı Nəsibəyə (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Nəsib 26 avqust 2020-ci ildə saat 13 radələrində Şəkinin kəndindəki evinin yataq otağında Nəsibənin çarpayıda uzanaraq istirahət etdiyini görüb. Evdə kənar şəxslərin olmadığını və zərərçəkmişin kimisə köməyə çağıra bilməyəcəyini görən Nəsib qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Bundan başqa, o, həmin il avqusutun 28-də günorta saat 13 radələrində, həmin gün axşam saat 20.00-da yenidən Nəsibəyə qarşı seksual hərəkətlər edib. Ertəsi gün günorta vaxtı yenə də eyni əməli təkrarlayıb. Daha sonra etdiyi hərəkətləri gizlətmək üçün qızı hədələyib. Baş verənləri anasına deyəcəyi təqdirdə onu öldürəcəyini deyib.

“Nəslin adını batırma demişəm”

İstintaq orqanı tərəfindən Nəsibin barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 29,150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətməyə cəhd) və 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsib ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Nəsibə onun doğma əmisi qızı Könülün qızıdır:

“Həmişə yaxşı münasibətlər saxlamışıq. Heç vaxt bir-birimizlə ədavət və düşmənçiliyimiz olmayıb. Lakin bu münasibət Könülün kənd ərazisində əxlaqsız hərəkətlər etməsi ilə bağlı şayiələr yayılana qədər olub. Bu barədə Könülü məlumatlandırmışam və özünü ələ almasını, nəslin adını batırmamasını bildirmişəm. Könüllə münasibətlərimiz korlanıb”.

“Başıma oyun açacağını bildirdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Könül onun başına oyun açacağını bildirib:

“Bir müddət sonra qızı Nəsibəyə qarşı əxlaqsız hərəkətlər etməyim barədə şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etdi.

Avqustun 30-da sexin qarşısında olan vaxt polis əməkdaşları məni Sarıcada yerləşən polis bölməsinə dəvət etdilər. Bölmədə fiziki və psixi təsirə məruz qaldım. Döyüldüm, törətmədiyim cinayəti boynuma almağa məcbur edildim. Lakin heç bir cinayət əməli törətmədiyimdən heç nəyi etiraf etmədim. Bir müddət sonra polis bölməsindən evə buraxıldım.

Belə bir hadisə barədə, döyülməyim haqda heç kimə bir kəlmə də deməməyim üçün xəbərdar edildim”.

“Gözümün qabağında böyüyüb”

Təqsirləndirilən şəxs deyib ki, ona qarşı elan olunan ittiham tamamilə yalandır:

“Nəsibə bizim evimizdə gözlərimin qarşısında böyüyüb. Onu öz uşaqlarımdan ayırmamışam. Çox yaxşı qızdır. Lakin hazırda anası Könülün oyununa uyaraq belə çirkin yalan söyləməklə məşğuldur.

26 avqust 2020-cı ildə evə nahar etmək üçün gəldim. Arvadım, qonşumuz Sevil xala və Nəsibə də bizdə idi. Həmin günü heç uzanaraq dincəlmədim də. Nahar edib işə getdim”.

“Bizimlə dükana getdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 28-də Könülün qardaşı Pərvizlə avtomobildəki nasazlığa baxmaq lazım olduğuna görə onlara gedib:

“Lakin Nəsibəyə heç bir şey etmədim. Səhv etmirəmsə, Nəsibə heç evdə deyildi. Axşam radələrində Nəsibə anası Könüllə bizə gəldi. Dükana gedərkən oğlum Turan da mənə qoşulmaq istədi. Bu zaman Nəsibə də bizimlə dükana getdi. Lazımı əşyalar aldıqdan sonra geri qayıtdıq.

Həmin vaxt avtomobildə də Nəsibəyə qarşı heç bir əxlaqsız hərəkət etməmişəm”.

Nəsib deyib ki, avqustun 29-da yenə avtomobildə olan nasazlıqla bağlı Pərvizlə danışmaq üçün onlara gəlib:

“Amma evdə heç kim olmadığına görə evə daxil olmadan geri qayıtdım. Mənə qarşı elan olunan ittiham uydurmadır, Könülün qurduğu bir oyundur. Öz himayəmdə üç azyaşlı uşağım var. Bunun nəzərə alınmasını istəyirəm”.

“Məni evlərinə çağırdı”

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nəsibənin sözlərinə görə, anası Könül və dayısı Pərvizlə birlikdə Şəki rayonunun kəndində yaşayıb:

“Hazırda anamla Mingəçevir şəhərinə köçmüşük. 7-ci sinif şagirdiyəm.

26 avqust 2020-ci ildə saat saat 10 radələrində qohumum Nəsibin arvadı Firuzə ev telefonumuza zəng etdi, uşaqlara baxmağa kömək üçün məni evlərinə çağırdı. Anam hər gün səhər tezdən saat 5 radələrində işə gedib, saat 19 radələrində evə qayıdır. Dayım isə işi ilə əlaqədar hər gün 8 radələrində çıxmaqla axşam 16 radələrində evə gəlir.

Anam nahara evə gəlməsə də, dayım çox vaxt nahar vaxtı evdə olur. Anam yemək bişirib qoyduğuna görə dayım sadəcə xörəyi isidir.

Mən evdən çıxaraq Firuzəgilə getdim. Onun 1 yaşlı Ləman adlı uşağını saxlamağa başladım. Firuzə isə evdə paltar və qabları yuyurdu”.

“Yataqda uzandım”

Nəsibə qeyd edib ki, əvvəllər də bir neçə dəfə Firuzəgilə gedib:

“Ona ev işlərində və uşaqları saxlamaqda köməklik etmişəm. Firuzə və Nəsibin 3 övladı, yəni 2 oğlanları, 1 qızları var. Nahara yaxın oğlanlar yemək yedikdən sonra yataq otağında yatdılar. Qıza isə yatmadığına görə nəzarət etdim.

Nahara yaxın Firuzə işini bitirdiyi üçün qızı ona verdim və istirahət üçün yataq otağına keçərək uzandım. Ev bir otaqdan ibarətdir və çöl tərəfində seyvan var.

Qızı Firuzəyə verdikdən sonra evə getmək istədiyimi dedim. O, hava istidi deyə uzanmağımı məsləhət gördü. Bundan sonra evə keçərək yataqda uzandım. Onun azyaşlı oğlanları da həmin yataqda uzanmışdılar. Mən də onların yanına getdim.
Bir müddət sonra Nəsibin evə gələrək nahar etdiyini eşitdim. O, nahardan sonra otağa gələrək yanıma yatağa uzandı. Nəsib uzanan zaman aramızda uşaqlar vardı”.

“Ona eləmə dedim”

Nəsibə bildirib ki, Nəsib yataqda uzandıqdan bir müddət sonra Firuzə gəlib və azyaşl qızı yerdə yatızdırıb: “Həmin vaxt Firuzəyə qızı yataqda yatızdırmağı desəm də, o, narahat olma dedi. Nəsib də yataqda uzanmağı və narahat olmamağımı dedi.

Firuzə qızı yatırdıqdan sonra həyətə çıxdı, qonşuya su doldurmağa getdi. Onun getməsini yataq otağının pəncərəsindən gördüm.

Yataqda uzanan zaman Nəsib uşaqların arasında olmağıma baxmayaraq, əlini boynuma apardı, boynumla oynamağa başladı. Ona etməməyi desəm də, yenə də davam elədi. Ondan niyə belə elədiyini soruşduqda, “heç nə, elə-belə” dedi”.

“Anana və dayına desən...”

Nəsibənin ifadəsinə görə, bundan sonra Nəsib uşaqlarla öz yerini dəyişib və arada məsafə azalıb: “Ondan yerini niyə dəyişdiyini soruşdum. O, yenə “heç nə, elə-belə” deyə cavab verdi. Daha sonra dodağımdan öpdü, qəflətən əlini əynimdə olan köynəyimin üst tərəfindən içəri saldı, sinəmi əli ilə oynadaraq sıxdı. Nəsibə “eləmə, ağrıyır” dedim. O, cavab vermədi.

Əlini köynəyimdən çölə çıxardım, ayağa qalxdım və getmək istədim. Bu vaxt Nəsib qolumdan tutataq yenidən yatağa uzandırdı. Bu hadisədən anam və ya dayımın xəbəri olsa, məni öldürəcəyi ilə hədələdi”.

Nəsibə qeyd edib ki, bundan sonra otaqdan çölə çıxıb:

“Sonra evə getdim. Nəsib mənim qolumdan tutduğu zaman “heç kimə demə, əsas da ananla dayına demə, öldürərəm” bildirdiyinə görə Firuzəyə heç nə demədim.

Bir neçə gün keçdikdən sonra təxminən avqustun 28-də, saat 13 radələrində evdə televizora baxan zaman Nəsibin eyvanın qapısını döydüyünü, dayımı çağırdığını eşitdim. Yenə həmin hərəkətləri etməsindən çəkindim və dayımın otağına gedərək gizləndim.

Otaqda gizlənəndə Nəsibin telefonla dayıma zəng edib yerini soruşduğunu, dayımın isə Şəkidə olduğunu və gecə gələcəyini dediyini, daha sonra Nəsibin onunla sağollaşdığını eşitdim.

Nəsib dayımla sağollaşdıqdan sonra evin otaqlarını bir-bir gəzdi və məni axtarmağa başladı. Bütün otaqlara baxdıqdan sonra dayımın otağına gəldi. Məni gördükdə Nəsib “niyə gizlənmisən, sənə nə edəcəm ki?” dedi. Həmin yerdən çıxdım və televizor olan otağa keçdim. Televizora baxa-baxa tum çırtlamağa başladım. Nəsib mənim olduğum otağın qapısının yanında dayandı və tum istədi”.

“Onlar hər ikimizi öldürər”

Zərərçəkmiş şəxsin sözlərinə görə, oturduğu yerdən qalxıb və Nəsibə tum verib:

“Nəsib tumu götürüb eyvana çıxdı. Təxminən 5-6 dəqiqə sonra Nəsib tumu bitirdi, otağa gəldi və mənim yanımda oturdu. Yanımda oturmağından, gizlənən vaxt məni axtarmağından onun yenə də əvvəlki hərəkəti etmək istədiyini hiss etdim. Nəsibin yanımda oturmasından sonra ona “dayıma zəng vurdun, gördün ki, evdə yoxdu, çıx get də” dedim. “Gedəcəm, oturmuşam da” deyə cavab verdi.

Qəflətən əlini koftamın altından içəri saldı, alt paltarımı yuxarı çəkərək sinəmi oynatmağa başladı. Sinəmi öpdü. Dərhal əlini köynəyin altından kənar elədim və onu otaqdan çıxardım.

Otaqdan çıxanda qolumdan tutaraq “heç kimə, əsas da anana və dayına demə, onlar hər ikimizi öldürər” deyə bildirdi.

Bundan sonra evdən çıxaraq yaxınlıqda olan Tülkü dərəsi deyilən yerə getdim. Nəsibin isə evdən gedib-getmədiyini bilməmişəm”.

“Yenə həmin hərəkətləri edəcəyindən çəkindim”

Zərərçəkmiş şəxs qeyd edib ki, həmin dərədə 1-2 saat gözlədikdən sonra evə qayıdıb:

“Nəsibin evdə olmadığını gördüm və rahatca evə keçdim. Həmin günün axşamı anamla Nəsibgilin evinə çay içməyə getdik. Təxminən saat 20 radələrində Nəsib mənə birlikdə avtomobillə mağazaya getməyi təklif etdi. Onun yenə həmin hərəkətlər etməsindən çəkindim və getməkdən imtina etdim.

Nəsibin oğlu da getmək istədiyini deyəndə, oğlunun yanında heç nə etməyəcəyini düşündüm və birlikdə mağazaya getdik. Avtomobilin arxa oturacaqları olmadığına görə ön oturacaqda oturduq.

Nəsib avtomobili idarə edir, yanında oğlu, ondan sonra isə mən əyləşmişdim. Mağazaya gedən zaman Nəsib yenidən əlini koftamın boyun hissəsindən içəri saldı və sinəmi oynatmağa başladı. Həmin vaxt qapıya sıxıldığıma görə çox hərəkət eləyə bilmədi”.

“Anama hər şeyi danışdım”

Zərərçəkmiş şəxsin ifadəsinə görə, Nəsib çirkin əməlini sonraya saxladığını deyib:

“Evə qayıtdıq. Bir qədər oturub söhbət etdikdən sonra evə getdik. Səhəri günü, saat 13 radələrində Nəsib yenidən bizə gəldi və qapını döyərək dayımı çağırdı. Mən hamamda paltar yuyurdum. Onun gəldiyini biləndə hamamın qapısını bağladım.

Nəsib dayımla telefonda danışdıqdan sonra yenidən evləri axtarmağa başladı. Sonda hamama gəldi və qapını açmaq istədi. Qapının bağlı olduğunu gördü və səslənərək orada olduğumu bildiyini dedi. Hamamdan çıxmayacağım təqdirdə söz verdiyi velosipedin təkərini düzəltməyəcəyini söylədi.

Hamamdan çıxmadığımı görəndə getdi. Axşam anam evə gəldikdə ona Nəsibin hərəkətləri barədə hər şeyi danışdım”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Nəsib 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Nəsib apellyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət Şəki Apellyasiya Məhkəməsində araşdırılıb və təmin edilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.