Rusiya xüsusi təyinatlıların 95%-ni niyə itirib?

17-04-2023, 09:18           
Rusiya xüsusi təyinatlıların 95%-ni niyə itirib?
Kreml öz döyüşçülərindən təyinatına görə deyil, hücum üçün piyada kimi istifadə edib. Burada problem ondan ibarətdir ki, ordudan düzgün istifadə olunmayıb.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Denis Popoviç Rusiya xüsusi təyinatlılarının itkilərinin 95% olması barədə məlumatı şərh edərkən deyib.

"Yəni müdafiəni ələ keçirmək və yarmaq üçün möhkəmləndirilmiş mövqelərə basqın etmək xüsusi təyinatlıların vəzifəsi deyil. Onlar üçün müəyyən tapşırıqlar olur, kifayət qədər spesifik və konkret... Bu vəziyyət rus işğalçıları arasında ixtisaslı piyadaların çatışmazlığından xəbər verir. Rusiyanın bu potensialını bərpa etmək üçün illər lazım olacağı barədə kəşfiyyat məlumatları ilə razılaşa bilərik",- o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru