İranın "Merac"ı "Şahid"lərdən daha betərdir - Polkovnik

18-04-2023, 10:36           
İranın "Merac"ı "Şahid"lərdən daha betərdir - Polkovnik
Rusların ukraynalılara qarşı istifadə etdiyi İranın “Merac-532” PUA-ları “Şahid-136” dron-kamikadzelərindən daha təhlükəlidir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.

O bildirib ki, “Merac”lar “Şahid”lərdən daha az məsafə qət edir və onların döyüş hissələri demək olar ki, eynidir.

“Merac-532” “Şahid”lər kimi yüksək səslidir və Ukrayna əsgərləri onu səmada asanlıqla aşkar edib məhv edə bilərlər. “Merac”lar “Şahid”dan iki dəfə ucuzdur. “Merac”ları "qanadlı raketlər" hesab etmək olar. “Merac” digərindən daha betər texnikadır”, - deyə Svitan bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.