Rusiya ordusu son sutkada Ukraynaya 57 raket atıb, yaralananlar var

18-04-2023, 12:27           
Rusiya ordusu son sutkada Ukraynaya 57 raket atıb, yaralananlar var
“Rusiya ordusu son sutkada Ukrayna ərazisinə 57 raket atıb, bir neçə mülki şəxs yaralanıb”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, Ukraynanın bütün ərazisinə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır.

Baş Qərargahdan qeyd olunub ki, Rusiya qoşunları xeyli itki verir, buna baxmayaraq əsas səylərini Kupyansk, Lymansk, Baxmut, Avdiivka və Marinsk istiqamətlərinə yönəldib: “Hərbi əməliyyatların mərkəzi Baxmut və Maryinkadır. Son sutkda cəbhənin bütün istiqamətlərində düşmənin ümumilikdə 70-dən çox hücumu dəf edilib”.

Məlumata görə, Rusiya ordusu Zaporojye və Xerson istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirir: “Düşmənin “Merlin” tipli kəşfiyyat PUA-sı da vurulub. Raket qoşunları və artilleriya bölmələri qarşı tərəfin canlı qüvvəsinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 2 əraziyə, eləcə də düşmənin 1 radioelektron məntəqəsinə zərbələr endirib”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru