“Cənnət-cəhənnəm fərziyyədir” sözü aranı qatdı – İlahiyyatçı danışdı

19-04-2023, 00:07           
“Cənnət-cəhənnəm fərziyyədir” sözü aranı qatdı –
Dinşünas Elşad Miri açıqlamasında bildirib ki, cənnət və cəhənnəm insanların yaxşılıq etməsi üçün düşünülüb.
Sitat:

“Cənnət və cəhənnəm insanların mükafatlandırılacaqlarını düşündükləri bir fərziyyədir”.

Onun bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan “Əbu Bəkr” məscidinin imam camaatı Hacı Qamət Süleymanov deyib ki, Elşad Mirinin dedikləri tamamilə yanlışdır:

“Onun sözündən belə çıxır ki, Quran və Peyğəmbərlərimiz fərziyyə danışır? O ümumiyyətlə, nə danışdığını bilir?! Elşad Miri dindar deyil və ağlına gələni danışır. Adam sadəcə özünü reklam edir. Gündəmdə qalmaq üçün çıxıb belə şeylər səsləndirir. Quranda Allah cənnət və cəhənnəmin var olduğunu deyir. Hətta deyilib ki, “bu dünya cənnət və ya cəhənnəmə düşmək üçün səbəblərdən biridir”. Ona görə bizə ibadətlər fərz olunub, haram işlərdən uzaq olmaq buyurulub. Cəhənnəm Allahın əzab, cənnət isə mükafat yeridir. Allah tövbə edən bəndələrini bağışlayar və sorğu-sual etməz. Amma qəlb qıran zaman bəndədən də halallıq almaq lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.