Rusiyada COVID-19-un yeni və daha yoluxucu variantı aşkar edildi

19-04-2023, 11:18           
Rusiyada COVID-19-un yeni və daha yoluxucu variantı aşkar edildi
Rusiyada koronavirusun daha yoluxucu, lakin daha yumşaq formada keçirilən “Arktur” adlı XBB 1.16 subvariantının daşıyıcıları müəyyən edilib.

Bildirilib ki, artıq ölkə üzrə virusoloji bazada bu subvariantla bağlı ilk genetik ardıcıllıqlar var.

Bu subvariantın ilk dəfə Hindistanda müəyyən edilib vurğulanır. İlkin məlumatlara görə, “Arktur” daha yoluxucu ola bilər, lakin çox patogen deyil. Yəni onun yaratdığı xəstəlik yüngül formada davam edir.

Qeyd olunur ki, yeni subvariantın aşkarlanması ilə əlaqədar hər hansı antiepidemik məhdudiyyətlərin tətbiqi tələb olunmur.


Medianın məlumatına görə, “Arktur” Hindistanda koronavirusa yoluxma hallarının artmasına səbəb olub. Həmçinin ABŞ, Avstraliya, Yaponiya, Cənubi Afrika, İsrail, Böyük Britaniya, Almaniya, İspaniya, Tailand, Çin və digər ölkələrdə də virusa yoluxma halları aşkarlanıb.

Mənbə: İnterfax.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.