Buraxılış imtahanında yüksək bal toplayaraq fərqlənən abituriyentlər - FOTOLAR

20-04-2023, 10:54           
Buraxılış imtahanında yüksək bal toplayaraq fərqlənən abituriyentlər - FOTOLAR
Martın 12-də keçirilən buraxılış imtahanında yüksək nəticə toplayan abituriyentlərin adları açıqlanıb.Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, imtahanda 297,5 bal toplamaqla yüksək nəticə göstərən 4 abituriyent var:

Abışova Fidan Yusif qızı - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
Cəfərzadə Taliə Cavid qızı - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
Mürşüdlü Nəzrin Elxan qızı - Səbail rayon 160 nömrəli Klassik gimnaziya;
Quliyeva Ləman Sənan qızı - Sabunçu rayon 169 nömrəli orta məktəb.


Texniki-humanitar liseyin tələbəsi Taliə Cəfərzadə açıqlamasında həkim olmaq istədiyini bildirib: “Bu 3 fəndən yüksək nəticəni müəlimlərimin sayəsində qazanmışam. Azərbaycan Tibb Universitetinə qəbul olmaq istəyirəm, arzum həkim olmaqdır”.

Nəsimi rayon Texniki-humanitar liseyin məzunu Fidan Abışova isə hansı ixtisası seçəcəyini hələ müəyyənləşdirməyib.

Səbail rayon 160 nömrəli Klassik gimnaziyanın məzunu Nəzrin Mürşüdlü isə ayrıca müəllim yanına getmədiyini, məktəbdə hazırlaşdığını deyir:

“Gələcəkdə sahə mühəndisliyi fakültəsində təhsil almaq istəyirəm. Amma hələ hansı universiteti seçməyimlə bağlı qərar verməmişəm”.

Qeyd edək ki, bu buraxılış imtahanında 300 ballıq maksimum nəticə qeydə alınmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.