Ən çox qoca ölümünün olduğu şəhər

20-04-2023, 11:08           
Ən çox qoca ölümünün olduğu şəhər
Fransanın paytaxtı Paris Avropada həddindən artıq istilər səbəbindən ən çox qoca ölümünün olduğu şəhər sayılıb.
“The Lancet Planetary Health” tərəfindən dərc edilən məqalədə 2000-2009-cu illər arasında Avropanın 30 ölkəsinin 854 şəhərində həddindən artıq isti və ya soyuqdan ölüm nisbətləri araşdırılıb.
Teref.az SİA-ya istinadən xəbər verir ki, Avropada ildə 203 min 620 nəfər soyuqdan, 20 min 173 nəfər isə istidən ölür.
Yaş artdıqca isti havaya qarşı həssaslıq artsa da, Paris Avropada həddindən artıq istilər səbəbiylə ölüm nisbətinin ən yüksək olduğu şəhər sayılıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2022-ci ildə Avropada isti hava ilə əlaqədar təxminən 15 min adamın həyatını itirdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru