Türkiyə və Çin “Vaqner”ə “yox” deyib - Priqojin hansı ölkələrdən silah istəyib?

21-04-2023, 09:34           
Türkiyə və Çin “Vaqner”ə “yox” deyib -
Yevgeni Priqojinin “Vaqner” özəl hərbi şirkəti Türkiyədən dronlar və dron əleyhinə silahlar, eləcə də haubitsalar və radiolektron mübarizə silahları almaq istəyibmiş. Lakin Türkiyə tərəfi onun təkliflərini rədd edib.

“AzPolitika.info” xəbər verir ki, bunu “Financial Times” nəşri Pentaqonun mətbuata sızan məxfi sənədlərinə istinadla yazıb.

Qəzet yazır ki, “Vaqner” ciddi siah çatışmazlığından əziyyət çəkir və bunun üçün bir neçə ölkəyə müraciət edib. Lakin Çin və Türkiyə ona silah satmaqdan imtina edib.

Əvzəində “Vaqner”-in müraciətinə Suriya rejimi və Belarus müsbət cavab verib. Xüsusilə də Belarus Priqojinin şirkətinə böyük miqdarda silah-sursat verib ki, onların da içərisində 300 min ədəd qumbaraatan mərmisi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru