Dünyanın ən xoşbəxt ölkələri AÇIQLANDI – Azərbaycan neçənci yerdədir?

21-04-2023, 12:15           
Dünyanın ən xoşbəxt ölkələri AÇIQLANDI –
Dünyanın ən xoşbəxt ölkələrinin adları açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu ölklərin adları Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin açıqladığı hesabatda qeyd edilib.

Əvvəlki hesabatda 112-ci yerdə olan Türkiyə bu il 137 ölkə arasında 6 pillə yüksələrək 106-cı yerə yüksəlib.

Hesabatdakı xoşbəxtlik reytinqində Finlandiya ardıcıl 6 ildir ki, ən xoşbəxt ölkə olaraq liderliyini qoruyub saxlayır. Digər xoşbəxt ölkələrə Danimarka, İslandiya, İsrail və Hollandiya daxildir. Litva 2017-ci ildən bəri ilk iyirmilikdə 30 pillədən çox yüksələn yeganə ölkədir. Əfqanıstan və Livan isə hesabatda ən bədbəxt iki ölkə olaraq qalır.

Hesabatda hökumətlərin insanların xoşbəxtliyi üçün cavabdeh olmaları tövsiyə edilməklə yanaşı, hər kəsin rifahını təşviq edən siyasət və təşəbbüslərin təbliğində ayrı-ayrı şəxslərin oynadığı rol da vurğulanıb.

Göründüyü kimi, Azərbaycan dünyanın ən xoşbəxt ölkələri sırasında yer almayıb. Amma...

Keçmiş Sovet İttifaqı ölkələri arasında ən yaxşı nəticəni Litva və Estoniya göstərib – 34-cü və 36-cı yeri tutub. Qazaxıstan 40-cı, Latviya 42-ci, Özbəkistan 53-cü, Moldova 62-ci, Belarus 65-ci, Türkmənistan 78-ci, Rusiya 80-cı, Azərbaycan 92-ci, Ermənistan 82-ci, Tacikistan 83-cü, Ukrayna 98-ci, Gürcüstan isə 105-ci yerdə qərarlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.