Britaniya Kəşfiyyatı: Rusiya Ukraynadakı itkilərinə görə II Dünya Müharibəsi ilə bağlı yürüşü ləğv edib

22-04-2023, 12:49           
Britaniya Kəşfiyyatı: Rusiya Ukraynadakı itkilərinə görə II Dünya Müharibəsi ilə bağlı yürüşü ləğv edib
Aprelin 18-də Rusiya dövlət mediasının bu il keçirilməsi nəzərdə tutulmuş “Böyük Vətən Müharibəsi” anım yürüşlərinin “təhlükəsizlik” səbəbi ilə ləğv olunub...

"Rusiya Ukraynadakı müharibəsinə haqq qazandırmaq üçün istifadə etdiyi əsas narrativdə ardıcıllığı qorumaq üçün mübarizə aparır, bildirilir ki, işğal ikinci dünya müharibəsində yaşanmış sovet təcrübəsinin analoqudur".

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.

Aprelin 18-də Rusiya dövlət mediasının bu il keçirilməsi nəzərdə tutulmuş “Böyük Vətən Müharibəsi” anım yürüşlərinin “təhlükəsizlik” səbəbi ilə ləğv olunduğunu elan etdiyini xatırladan Böyük Britaniya MN-nin Kəşfiyyat Xidməti bunu Rusiyanın Ukraynadakı itkilərinin miqyası ilə əlaqələndirib: "Əslində, səlahiyyətlilər, iştirakçıların Rusiyanın son itkilərinin miqyasını qabardacağından çox narahat idilər", məlumatda qeyd olunub.

Böyük Britaniyanın Kəşfiyyat Xidməti xatırladıb ki, artıq, “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin Rusiyanın müharibəyə haqq qazandırmasına qarşı olaraq ümumiyyətlə Ukraynada həqiqətən “nasistlərin” olub-olmadığını açıq şəkildə sorğu-sual edir.

"Hakimiyyət Rusiya ictimaiyyətini 1940-cı illərdəki qütbləşdirici miflər ətrafında birləşdirmək cəhdlərini davam etdirir. Aprelin 12-də "RİA Novosti" agentliyi FTB arxivlərindən 1940-cı ildə Xatın qətliamında 22000 Polşa vətəndaşının qətlində nasistlərin əli olduğunu göstərən “unikal” sənədləri tapdığını bəyan edir. Ancaq əslində, FTB-nin sələfi olan NKVD bu qırğınlara görə məsuliyyət daşıyır. Rusiya Dövlət Duması 2010-cu ildə İosif Stalini qətlləri sifariş etdiyinə görə rəsmən qınayıb", - Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında vurğulanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.