Uşağınızın məktəbdə hansı dildə təhsil almasını istərdiniz? - Fikirlər haçalandı - VİDEO

23-04-2023, 11:53           
Uşağınızın məktəbdə hansı dildə təhsil almasını istərdiniz? -
“Uşağınızın məktəbdə hansı dildə təhsil almasını istərdiniz?”.

Baku TV-nin əməkdaşı bu sualla paytaxt sakinləri arasında kiçik sorğu keçirib.

Sakinlərdən birinin sözlərinə görə, dilin heç bir fərqi yoxdur: “Uşaq nə qədər çox dil bilsə, bir o qədər xeyirdir. Oğlum Azərbaycan sektorunda oxuyur”.
Digər sakin isə hesab edir ki, öz ana dilində səlis, normal bilməyən gələcəkdə normal şəxsiyyət ola bilməz: “Bu baxımdan istərdim ki, övladlarım, müasir gənclər Azərbaycan dilində təhsil alsınlar”.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru