Film kimi HADİSƏ: Sevgilisinin intiqamını almaq istəyən gənci güllələdilər

23-04-2023, 13:58           
Film kimi HADİSƏ:
İstanbulda filmə bənzər qisas hekayəsi qətllə bitib.

Musavat.com xəbər verir ki, Çili əsilli universitet tələbəsi Sebastian Aziz Çelikbaş sevgilisinin intiqamını almaq üçün ağlasığmaz yola əl atıb.

Belə ki, gənc oğlan saxta polis vəsiqəsi düzəltdirərək narkotik alverçilərinin izinə düşüb. Lakin işlər yolunda getməyəndə həmin şəxslərin qurbanı olub.

İddialara görə Sebastian Aziz Çelikbaşın sevgilisi narkotik alverçilərinə qarşı keçirilən əməliyyat zamanı saxlanılaraq həbs edilib. Bunu eşidən Çelikbaş əsəbiləşərək qisas planı hazırlayıb. O, polis jiletini geyinib və polis vəsiqəsi hazırlayıb. Daha sonra İstanbulda Zeytinburnu adlı əraziyə gedərək və orada narkotik satıcılarını axtarmağa başlayıb.

Əazidə gəzərkən narkotik satıcılarından biri ilə qarşılaşan Sebastian Aziz Çelikbaş mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrilib. 10 dəqiqə sonra həmin satıcının dostu gəlib. Çelikbaşı elə oradaca güllələyiblər. Hadisədən dərhal sonra əraziyə polis və təcili yardım gəlib. Universitet tələbəsi olan Çelikbaş aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Daha sonra 6 şübhəlinin hadisə yerindən qaçdığı məlum olub. İstanbul polisinin apardıqları işlər nəticəsində müəyyən edilən şübhəlilər saxlanılaraq nəzarətə götürülüb.

Nəzarətə alınan şübhəlilərdən 3-ü həbsxanaya göndərildiyi bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.