Orxan Mərdanın kino forumuna dəvət olunmaması ciddi narazılığa səbəb oldu - FOTO

23-04-2023, 14:27           
Orxan Mərdanın kino forumuna dəvət olunmaması ciddi narazılığa səbəb oldu - FOTO
20-21 aprel tarixlərində Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino forumu baş tutub.

Forumda ölkənin mədəni-ictimai xadimləri, xarici qonaqlar və media nümayəndələrinin iştirak etməsinə baxmayaraq, kino sahəsinin məhşur siması və peşəkarlığı ilə öz sənətinin möhürünü vuran Orxan Mərdan diqqətdən kənarda qalıb. Uzun illər kino sahəsində çalışan O.Mərdanın belə bir foruma dəvət olunmamasının səbəbi bəlli deyil.

Baş tutan forumda iştirakçılar tərəfindən bir çox məsələlər tənqid olunub. Xarici dildə filmlərin yayımlanması, dövlət sifarişli filmlərin keyfiyyətinin aşağı olması, kinoprodüserlərin bu cür forumlarda iştirakının məhdud olması, kinotetrların sayının az olması və ağır şərtlərin olması, bəzi bürokratik əngəllərin olması tənqid olunan məsələlər arasında əsas yer tutub.

Tədbirdə tanınmış kinoprodüser Orxan Mərdanın foruma dəvət olunmaması isə ayrıca sərt tənqid edilib. Bu tənqid iştirakçılar tərəfindən alqışla qarşılanıb və tənqid kütləvi hala çevrilib. Beləliklə, Orxan Mərdanın diqqətdən kənarda qalması sonda böyük etiraza səbəb olub.

Bir çox incəsənət nümayəndələri və ictimaiyyət nümayəndələri öz sosial şəbəkə hesablarında Orxan Mərdana qarşı bu cür biganə münasibətin olmasına etiraz ediblər.

Qeyd edək ki, O.Mərdan “Xoxan”, “Naxox”, “İkinci Pərdə”, “Qaragöz”, “Zəhər tuluğu” və s. kimi filmlərin baş prodüseri olub. “Xoxan” filmi ilə insanların kinostudiyalara getməsinin təməlini qoyub. Baş prodüseri olduğu “Zəhər tuluğu” filmi isə son ilin ən çox baxılan filmi olub. Eyni zamanda Orxan Mərdan Azərbaycanın 30-dan çox bölgəsində filmlər nümayiş etdirib.

Məqaləyə dair fotomateriallar:

Zaur Qənbərov
Sarkazm.az

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.