İsveçdə ən uzun əl sıxma rekordu qeydə alındı

24-04-2023, 12:24           
İsveçdə ən uzun əl sıxma rekordu qeydə alındı
İsveçlilər Klaes Bliks və Dennis Oskarsson Kruk ən uzun əl sıxışma üzrə dünya rekordunu müəyyənləşdiriblər.

Hadisə təxminən 25 saat davam edib.

Şənbə günü başlayan və bazar günü bitən əl sıxma cəmi 27 saat çəkib, lakin hər saatda beş dəqiqəlik fasilələr bu vaxtdan çıxarılıb. İstirahət yemək, isinmə və digər işlər üçün verilib.
Rekord Ginnesin Rekordlar Kitabına daxil edilib. Mərasimdən əldə olunan 70 min kron (7,5 min dollar) sosial cəhətdən həssas uşaqlar üçün Keniyadakı iki məktəbə ianə edilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru