Rublun vəziyyəti necədir?

7-08-2023, 14:44           
Rublun vəziyyəti necədir?
Rusiya rublu xarici valyutalara nəzərən ucuzlaşmağa davam edir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Moskva birjasında dolların rubla nəzərən məzənnəsi 2 qəpik bahalaşıb və 95,71 rubl təşkil edib.

Rubl Azərbaycan manatı qarşısında da dəyər itirib. Belə ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına görə, 1 Rusiya rublu 0,0177 manat səviyyəsinə enib.

Buna baxmayaraq, rubl avro qarşısında bahalaşıb. Moskva birjasında avronun məzənnəsi rubla nəzərən 53,25 qəpik enərək 105,08 rubl həddində qərarlaşıb.

Xatırladaq ki, Rusiyanın milli valyutası son bir neçə aydır ucuzlaşmağa davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru