Bulvarda güllələnərək öldürülən şəxs kriminal aləmin üzvü imiş (VİDEO)

8-08-2023, 12:24           
Bulvarda güllələnərək öldürülən şəxs kriminal aləmin  üzvü imiş (VİDEO)
İstanbulda Bəyoğlu adlanan ərazidəki Tarlabaşı bulvarında dəhşətli qətl hadisəsi baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, yol kənarında gözləyən Taner Şanlı (36) və Berat Dəmir motosikletdə olan şəxslərin silahlı hücumuna məruz qalıb.

Silahlı hücum zamanı Şanlı dünyasını dəyişib, Dəmir isə ağır yaralanıb. Hadisədə həyatını itirən şəxsin "7 bəla Taner" kimi tanınan , Türkiyədə kriminal aləmim tanınan üzvlərindən olan Taner Şanlı olduğu ortaya çıxıb.

Hücumdan sonra bədəninin müxtəlif nahiyələrinə güllə dəyən yaralılar hadisə yerinə gələn təcili yardım tərəfindən xəstəxanaya aparılıb. Xəbər üzərinə hadisə yerinə sövq edilən polislər ətrafda geniş təhlükəsizlik tədbirləri alaraq araşdırma aparıb. Hücum zamanı güllənin park edilmiş avtomobillərdən birinə dəydiyi müəyyən edilib.

Xəbərdə bildirilir ki, bir çox hadisələrə adı hallanan Şanlı sonuncu dəfə polisləri dərmanlı meyvə suyu ilə yatdırıb xəstəxanadan qaçarkən gündəmə gəlibmiş.
Silahlı hücumda həyatını itirən Taner Şanlı 8 il əvvəl 2015-ci ildə həbsxanadan qaçıb.

Eləcə də həbsdə olan düşməninin iki qardaşını ayağından güllələləyib.

Kriminal aləmin tanınan üzvlərindən olan T.Şanlı Beyoğluda onunla toqquşan şəxsi bıçaqlayaraq qaçıb, iki həftə sonra o Tarlabaşında hücuma məruz qalaraq yaralanıb.

Yaralanan Şanlı 2015-ci ildə saxta şəxsiyyət vəsiqəsi ilə xəstəxanaya yerləşdirilib. Onun şəxsiyyəti müəyyən edildikdən sonra o, həyat yoldaşı vasitəsi ilə dərmanlı meyvə şirəsi təklif etdiyi polis əməkdaşlarını yatdırıb və qaçıb. Şanlı daha sonra həyat yoldaşı ilə Bağcılarda basqın zamanı tutulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.