Avstraliyanın paytaxtı üzərində Rusiya raketi partladı... - “The Guardian”

8-08-2023, 15:38           
Avstraliyanın paytaxtı üzərində Rusiya raketi partladı... - “The Guardian”
Bazar ertəsi, avqustun 7-də Avstraliyanın şərqindəki Viktoriya ştatı üzərində sakinlər evlərin titrəməsinə səbəb olan güclü gurultu ilə müşayiət olunan parlaq işıq şüası görüblər.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb. Ekspertlər bunun sürtünmə nəticəsində yanan, yüksək sürətlə atmosferə çırpılan kosmik tullantılar olduğunu irəli sürüblər.

Çərşənbə axşamı Avstraliya Kosmik Agentliyi bunun kosmik zibil olduğunu təsdiqləyib və ehtimal ki, Moskvanın şimalındakı Plesetsk kosmik mərkəzindən buraxılan Rusiyanın "Soyuz" raketinin qalıqları olduğunu bildirib. 105 ton ağırlığında və 25 metr uzunluğunda olan bu raket bazar ertəsi axşam yeni qlobal naviqasiya peykini orbitə çıxarıb.

Flinders Universitetinin dosenti Elis Gorman izah edib ki, "Soyuz" yanacaq tükəndikdən sonra son dərəcə yüksək hündürlükdən düşüb və bu, Viktoriya üzərində səmada möhtəşəm görüntüyə səbəb olub.

"Bir çox Melburn sakini raketin səmada uçduğunu, parçalara ayrıldığını və hər biri heyrətamiz atəşfəşanlıqda yanmağa davam etdiyini görüb" -deyə alim bildirib.

Xatırladılıb ki, bu, Rusiyanın "Soyuz" raketinin qalıqlarının Avstraliyaya ilk dəfə düşməsi deyil. 2020-ci ilin may ayında Plesetskdən hərbi peyk buraxılışından sonra atmosferdə yanan oxşar raket qalıqları mərkəzi Viktoriyadan şimali Tasmaniyaya qədər geniş bir ərazidə müşahidə edilib. Sağ qalan dağıntıların da Tasmaniyanın cənubundakı Sakit Okeana düşəcəyi gözlənilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.