Bakıda yayılan nədir? - Qızdırma, yoxsa koronavirus?

8-08-2023, 20:17           
Bakıda yayılan nədir? -
Bir neçə aydır ki, qızdırma, halsızlıq, quru öskürəklə müşahidə olunan virus yayılıb.

Adətən 1 həftəyə qədər davam edən xəstəlik sağaldıqdan bir müddət sonra yenidən aktivləşə bilir.

Səhiyyə Nazirliyi bunun rotavirus olduğu barədə açıqlama yaysa da, xəstəliyin koronavirus olduğunu düşünən mütəxəssislər də az deyil.

Belə ki, yuxarıda sadaladığımız əlamətlər koronavirusla da əlaqələndirilir. Onun koronavirusuj yeni mutasiyası olduğunu düşünənlər də var.

TEREF.AZ-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırov bildirib ki, bu xəstəlik koronavirusla qarışdırılsa da, rotavirusdur:

"Son zamanlar xüsusilə qızdırmalı xəstələrin sayı artıb. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, bu, rotavirus xəstəliyidir. Rotavirusun simptomları isə koronavirusun simptomlarına bənzəyir.

Koronavirus qısa müddətdə sağalsa da, rotavirusun sağalma müddəti uzun çəkir. Rotaviruslu xəstələrin də müalicəsi axıra qədər aparılmalıdır. Çünki əks halda, mütləq ki hər hansı bir orqanı zədələyir.

Koronavirusa yoluxma əvvəllər olduğu kimi yayğın deyil.

Amma yenə də simptomları uyğun gələn xəstələr də olur. Bəzən koronavirus rotavirusla qarışdırılır, amma test nəticəsində dəqiq hansı olması müəyyənləşir.

Lakin son zamanlar yayılan sırf rotavirusdur. Bunun da müalicəsi zaman alsa da, mümkündür. Ötən il də bu zamanlarda bu xəstəlik yayılmışdı".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.