Türk lirəsinin ucuzlaşması Azərbaycan sahibkarlarına necə təsir edir?

9-08-2023, 15:39           
Türk lirəsinin ucuzlaşması Azərbaycan sahibkarlarına necə təsir edir?
Türkiyə lirəsi ucuzlaşmaqda davam edir. Bu gün birjalarda dollar/Türkiyə lirəsi məzənnəsi rekordunu yeniləyib, 27,42 səviyyəsinə qədər yüksəlib.

Hazırda bir türk lirəsi ölkəmizdə yeddi qəpikdən də aşağı satılır.

Bəs lirənin ucuzlaşması Türkiyənin əsas ticarət tərəfdaşlarından biri olan Azərbaycana necə təsir edəcək?

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, manatını lirəyə çevirib alış-veriş edənlər qazanmış olur.

"Lakin bir neçə ay keçəndən sonra Türkiyə şirkətləri lirədə öz məhsullarının qiymətlərini artırırlar və nəticə etibarilə müvəqqəti olaraq ortaya çıxmış məzənnə uduşu aradan qalxır. Türkiyə sənayesi elə qurulub ki, onlar istehsal etdəkiləri məhsulları, xammalın materiallarını xaricdən alırlar. Yəni idxallarında ixraclarının böyük rolu var. Buna görə də köhnə məzənnə ilə aldıqlarını köhnə məzənnə ilə satırlar. Anbarlarda, mağazalarda, onlayn mağazalarda biz malları ucuz görürük. Sonrdan türk lirəsində bahalaşma bu fərqi aradan qaldırmış olur".

Ekspertin sözlərinə görə, lirənin ucuzlaşması ən çox yerli sahibkarlarımıza mənfi təsir edir.

"Belə ki, sahibkarlar məhsulu Türkiyədən gətirəndə sahibkar kimi qeydiyyatda olduğuna və idxal etdiklərinə görə vergi ödəyirlər. Onlayn satışla məşğul olan türk saytları yerli sahibkarları "vururlar" və haqsız rəqabət formalaşır. Yerli sahibkarlar da bundan əziyyət çəkirlər", - deyə X.Kərimli bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.