İrana casusluq etdiyi üçün saxlanılan azərbaycanlılar kimdir? - SENSASİON DETALLAR

9-08-2023, 15:38           
İrana casusluq etdiyi üçün saxlanılan azərbaycanlılar kimdir? - SENSASİON DETALLAR
Türkiyənin Milli İstihbarat Teşkilatı İranın casus şəbəkəsini zərərsizləşdirib.

TEREF.AZ-ın məlumatına görə, musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, həbs edilənlər arasında azərbaycanlılar da var.

Onlardan ikisinin adı məlumdur.

Həmin şəxslər Hikmət Əliyev və Seymur Rzayevdir.

İranın pilotsuz uçuş aparatlarının gizli hazırlanması layihəsində Azərbaycan əsilli Seymur Rzayev, Türkiyədən yük daşıyan “Buta Logistics” şirkətinin sahibi Hikmət Əliyev, mədən ticarəti ilə məşğul olan Zeynəddin Çalışkan, İran əsilli türk vətəndaşı “Yaşar” kodu ilə ticarət edən Mehmet Çelik və İlyas Yıldırımın iştirak etdiyi müəyyən edilib.

MİT tərəfindən İŞİD üzvü olan kuryerin 8,5 milyon avroya İrana satılmaq üçün rəqəmsal karqo İstanbula yola düşdüyü texniki izləmə vasitələri ilə müəyyən edilib.

Kuryer İstanbul Beynəlxalq Hava Limanınında keçirilən əməliyyatda saxlanılıb. Rəqəmsal karqoda bütün dünyaya yayılan 9952 İŞİD terrorçusunun bioqrafik kəşfiyyat məlumatları, onların foto CV-ləri və şəxsiyyət məlumatları tapılıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, İngiltərə Mİ6, İsrail Mossad və İranın VAJA məxfi xidmətləri illərdir İŞİD-ə qarşı əks-kəşfiyyat və təşkilata sızmaq üçün casusluq fəaliyyətləri həyata keçirir.

Beynəlxalq kəşfiyyat illərdir ki, İŞİD Silahlı Terror Təşkilatına aid bir çox məxfi məlumatları ələ keçirmək üçün Tacikistan, Özbəkistan və Pakistan dağlarında gizli əməliyyatlar keçirib. Bu əməliyyatlarda 40-dan çox xüsusi təyinatlı qüvvələr mənsubu iştirak edib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru