İnsanabənzər dişləri olan yeni köpəkbalığı növü AŞKAR EDİLDİ - FOTO

10-08-2023, 15:54           
İnsanabənzər dişləri olan yeni köpəkbalığı növü AŞKAR EDİLDİ - FOTO
Avstraliyalı elm adamları ovlarının sərt qabıqlarını əzmək üçün istifadə etdikləri güman edilən qəribə insanabənzər azı dişləri olan yeni köpəkbalığı növü aşkar ediblər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, “Heterodontus marshallae” adlanan yeni növ zolaqlı buynuzlu köpəkbalığı özünəməxsus bədən forması ilə təsnif edilən “Heterodontiformes” dəstəsinə aiddir.

Araşdırmaya görə, yeni kəşf edilən köpəkbalığı növünə yalnız Avstraliyanın şimal-qərbindəki sularda, təxminən 125-229 metr dərinliklərdə rast gəlinir. Onların çoxlu sıra dişləri və kəllə sümüyü ilə müqayisədə olduqca böyük çənəsi var ki, bu da onlara mollyuskaları və xərçəngkimiləri yeməyə imkan verir.

Alimlər qeyd edirlər ki, tədqiqat zamanı onlar eyni növdən altı nümunə və bir yumurta qabığını tədqiq ediblər və yalnız sonradan köpəkbalığı ilə rastlaşıblar.

Qeyd edək ki, bundan əvvəl Avstraliyanın Cənubi Uels sahillərində qabarıq gözləri və insana bənzər təbəssümü olan qəribə köpəkbalığı tutulub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.