Telefonu şalvarın cibinə qoymayın - XƏBƏRDARLIQ

11-08-2023, 11:05           
Telefonu şalvarın cibinə qoymayın - XƏBƏRDARLIQ
Şalvarın cibində mobil telefon gəzdirmək sperma keyfiyyətini və kişilərin ata olma şansını azalda bilər.

KONKRET.az xəbər verir ki, bu barədə uroloq-androloq Vladlen Petrişşov Gazeta.ru-ya müsahibəsində deyib.

“Zərərli təsir istilik effekti ilə bağlı ola bilər. Mobil telefonlar tez-tez şalvarın cibində gəzdirilir, cinsi orqanların temperaturu yüksəlir və bu, kişilərin sağlamlığı üçün zərərlidir. Həmçinin təhlükə sperma DNT-sini zədələyə bilən reaktiv oksigen növlərinin (sərbəst radikallar) istehsalının artması ilə bağlı ola bilər”, – həkim izah edib.

Petrişov həmçinin kişilərə noutbuku dizlərinin üstünə qoymamağı tövsiyə edib. Onun sözlərinə görə, bu, mikrob hüceyrələrinin hərəkətliliyinin azalmasına və spermatozoidlərin DNT-sinin zədələnməsinə də kömək edə bilər.//Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru