"Qıtlıq yaranacaq, qiymətlər artacaq" - ekspertdən UYARI

11-08-2023, 11:32           
"Qıtlıq yaranacaq, qiymətlər artacaq" - ekspertdən UYARI
Dünyada düyünün bahalaşması ölkəmizə də təsir göstərəcək. Azərbaycanda düyünün qiyməti orta hesabla 30 faiz arta bilər.
Biz bu məhsulu Hindistan, Qazaxıstan, Rusiya, Tayland və Pakistandan alırıq. Sözüged­n ölkələrdə düyü istehsalı azaldığı üçün ixraca qadağa qoyulub. Bu ölkələrin düyünün daxili qiymətini sabiq saxlamaq üçün belə tədbirlərə ehtiyacı var idi. Bu səbəbdən də ilin sonu, gələn ilin birinci rübünə kimi qlobal düyü bazarı ciddi tədarük çatışmazlığı ilə üzləşəcək. Bu, son 20 ilin ən böyük çatışmazlığı olacaq. Qıtlıq yaranacaq ki, bu da qiymət artımına yol açacaq”.

TEREF.AZ bildirir ki, bunu iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az -a açıqlamasında deyib. Onun sözlərinə görə, dünya bazarında bahalaşma olan yerli sahibkarlar yeni məhsulların ölkəyə gəlməsini gözləmədən qiyməti qaldırırlar:
”Qiymətlərin cüzi artımı belə bizim distribütor şəbəkəmizdəki qiymət etiketlərinə öz təsirini göstərəcək. Dünya bazarlarında düyünün qiymətində artım var və bu, davam edəcək. İdxaldan asılı olan ölkəmiz bu qiymət artımından kənarda qalmayacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.