KİV: “Rusiya Belarusu Ukraynadakı müharibəyə cəlb etməyə çalışır, NATO ilə gərginlik ehtimalı artır"

12-08-2023, 09:45           
KİV: “Rusiya Belarusu Ukraynadakı müharibəyə cəlb etməyə çalışır, NATO ilə gərginlik ehtimalı artır"
“Rusiya Belarusu Ukraynadakı müharibəyə cəlb etməyə çalışır. Bu isə NATO ilə gərginlik ehtimalını artırır”.

“Report” xəbər verir ki, bunu hərbi ekspert Sin Bell Britaniyanın “Sky nyus” nəşrində cəlb olunmuş təhlilində yazıb.

O bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko NATO ilə gərginliyi artırır:

“Vaqner” xüsusi hərbi təşkilatının ölkəsində yerləşməsi Lukaşenkonu daha da cəsarətləndirib. Lakin bu, Polşa ilə gərginliyin yaranması ilə nəticələndi. Belarus helikopterlərinin də sərhəd pozuntularında iştirak etdiyi barədə məlumatlar var. Bu hallar Belarusun NATO qonşuları ilə gərginliyini artıra bilər”.

Qeyd olunub ki, Belarus liderinin bəzi cəsarətli addımları onu Rusiyada ən populyar liderə çevirib.

Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl Belarus Müdafiə Nazirliyi dünən Polşa və Litva sərhədində hərbi təlimlərin başlanması barədə məlumat yaymışdı. Polşa və Litva rəsmiləri “Vaqner”in sərhədə təxribat törədə biləcəyi barədə xəbərdarlıq ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru