Böyrəklər üçün ən xeyirli çay

13-08-2023, 09:54           
Böyrəklər üçün ən xeyirli çay
Böyrəklər orqanizmin ən mühüm funksiyaya malik orqanıdır.
Böyrəkləri stabil saxlayan mayedir. Gün ərzində 1,5 – 2 litr su böyrəklərin funksiyasını normalda saxlayır. Su ilə yanaşı böyrək sağlamlığını dəstəkləyən çay da içmək olar. Lakin bu bildiyimiz adı çay deyil.
Gicitkən çayı, zəncəfil çayı, ağcaqayın yarpağı və ya qatırquyruğu çayı böyrək funksiyasının normal işləməsinə yardım edən çaylardır.
Tribunainfo.az xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, bu çaylar orqanizmin detoksikasiyasına yardım edir.

“Böyrəkləri işində dəstəkləyən müxtəlif dərman bitkiləri var. Bunlara gicitkən çayı, zəncəfil çayı, ağcaqayın yarpağı çayı və ya qatırquyruğu çayı daxildir.
Qızıl çubuq və ya qatırquyruğundan hazırlanan böyrək və sidik çayı qarışıqları da böyrəkləri dəstəkləyə bilər. Çaylar böyrək çanağının iltihabı üçün də uyğundur.
Böyrək çatışmazlığı zamanı bu çaylar nəzərdə tutulmur. Bu çaylarından imtina etməlisiniz. Çünki onlar daha çox yük ola bilər. Bu vəziyyətdə orqanizm üçün nəyin faydalı olduğunu həkiminizlə müzakirə etməlisiniz.
Hər gün kifayət qədər su içməklə böyrəklərinizin işinə dəstək ola bilərsiniz. İsti havalarda böyrəklərə daha çox maye lazım ola bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru