Dünyada anomal istilər gələn ilin fevralına qədər davam edəcək - PROQNOZ

13-08-2023, 11:38           
Dünyada anomal istilər gələn ilin fevralına qədər davam edəcək - PROQNOZ
Dünyada anomal istilər gələn ilin fevralına qədər davam edəcək.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu qənaətə ABŞ sinoptikləri gəliblər.

ABŞ-də sinoptiklər planetdə orta temperaturun artmasına səbəb olan "El Nino" hadisəsinin 2024-cü ilin fevralına qədər davam edəcəyinə 95 faiz əmindirlər.

"El Nino" və "La Nina" Sakit Okeanda bütün dünyada hava şəraitinə təsir edə bilən iqlim nümunələridir. İyul ayında ekvatorial Sakit okeanda səth sularının temperaturu orta səviyyədən yüksək olub ki, bu da "El Nino" hadisəsinin davam etdiyini göstərir.

Ümumdünya Meteorologiya Təşkilatı hava şəraitinin qlobal temperaturun artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bununla yanaşı, 2023-cü ilin iyul ayı tarixdə ən isti ay olub. Alimlər hesab edirlər ki, bu, planetdə son 120 min ilin ən isti dövrü ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru