Bu qadınlar və kişilər daha uzun yaşayırlar

13-08-2023, 13:57           
Bu qadınlar və kişilər daha uzun yaşayırlar
Uşaqsız tək qadınlar daha uzun və xoşbəxt yaşayırlar.

Cebhe.info “The Guardian”-a istinadən yazır ki, bu təəccüblü nəticəyə London İqtisadiyyat Məktəbinin mütəxəssisi, davranış elmləri professoru Pol Dolan bir sıra elmi məqalələri təhlil etdikdən sonra gəlib.

Mütəxəssis qeyd edib ki, ali təhsil, sabit sevgi münasibətləri və uşaqlar kimi ənənəvi xoşbəxtlik simvolları artıq böyük sosial qrupların məmnunluğu ilə əlaqələndirilmir:

“Baxmayaraq ki, evlilik və uşaqların qadınlar üçün uğur əlaməti olması fikri hələ də populyardır. Əvvəllər bunu daim eşidən gözəl ürəyin tənha nümayəndələri istər-istəməz özlərini bədbəxt hiss etməyə başlamışdılar, amma indi çox şey dəyişib. Bu cür ifadələr artıq o qədər də travmatik deyil”.

Araşdırmalar göstərib ki, cəmiyyətin ən sağlam və ən xoşbəxt alt qrupu heç vaxt ailə həyatı qurmamış və övladı olmayan qadınlardır. Evli qadınlar isə daha çox ruhi və fiziki xəstəliklərlə üzləşirlər, həyatlarından daha az məmnun olurlar.

Mütəxəssis əlavə edib ki, bu fərziyyə kişilərə şamil edilmir. Mütəxəssisin fikrincə, kişilər evlilikdən daha çox fayda əldə edirlər, çünki bu, onları sakitləşdirir.

“Onlar daha az risk edir, pul qazanır və daha uzun yaşayırlar. Qadınlar isə evlənəndə daha az yaşayırlar”, - Dolan bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.