Ölkə əhalisinin yarısı Bakı, Sumqayıt və Xırdalanda məskunlaşıb? – Statistika

17-08-2023, 10:04           
Ölkə əhalisinin yarısı Bakı, Sumqayıt və Xırdalanda məskunlaşıb? – Statistika
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin əvvəlində Azərbaycan əhalisinin sayı 10 milyon 156 min nəfər olub.

Yeniavaz.com xəbər verir ki, Komitənin açıqladığı məlumatda Azərbaycan əhalisinin 22,7%-nin və ya 2 milyon 303 min nəfərin Bakı şəhərində yaşadığı qeyd olunur.

Lakin qeyd edək ki, Statistika Komitəsinin açıqladığı digər məlumatlarda göstərilir ki, ölkə üzrə əhali tərəfindən istehlak olunan təbii qazın 36%-i, elektrik enerjisinin isə 40%-i Bakı şəhərinin payına düşüb.

Ümumiyyətlə ölkə üzrə əhali tərəfindən istehlak olunan təbii qazın 47%-i, elektrik enerjisinin isə 52%-i Bakı, Sumqayıt və Abşeronun (Xırdalan) payına düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru