Mir Cəfər Bağırov 1945 ildə Ermənistanın Qarabağ tələbini necə dəff etdi...

17-08-2023, 09:19           
Mir Cəfər Bağırov 1945 ildə Ermənistanın Qarabağ tələbini necə dəff etdi...
1945-ci ildə Ermənistan KP MK-nın 1-ci katibi Harutyunovun Dağlıq Qarabağın Ermənistana birləşməsi haqqında teleqramına Mir Cəfər Bağırovun 4 səhifədən ibarət cavabı
1945-ci ildə Ermənistan KP MK-nın 1-ci katibi Harutyunov SSRİ Politbürosuna Dağlıq Qarabağın Ermənistana birləşməsi haqqında teleqram göndərib. Həmin teleqram ilə bağlı Georgi Malenkov Azərbaycan KP MK-nın 1-ci katibi Mir Cəfər Bağırovun münasibətini soruşub.
Mir Cəfər Bağırovun 4 səhifədən ibarət cavabı:
1. DQMV-nin Ermənistana birləşməsinə etiraz etmirəm, ancaq Şuşada azərbaycanlılar çox olduğu üçün bura Azərbaycanda qalmalıdır.
2. Eyni zamanda ÜIK(b)P MK nəzərinə çatdırmağı lazım bilirik ki, DQMV-in Ermənistan SSR-in tərkibinə qatılması məsələsinə baxarkən, Azərbaycan SSR ilə bitişik və əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Ermənistan SSR-nin Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının Azərbaycan SSR-yə verilməsi məsələsinə də baxılmalıdır…
3. Eyni zamanda Gürcüstan SSR-in Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə qatılması məsələsinə də baxılmalıdır. Çünki əhalisi tamamilə azərbaycanlılardır və Azərbaycan SSR-lə bilavasitə yanaşıdır.
4. Nəhayət, biz xahiş edirik, Dağıstan MSSR-in Dərbənd və Qasımkənd rayonları ərazisinin də Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə də baxılsın. Keçmişdə Azərbaycanın bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil idi. Bu rayonların əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və onların əksəriyyəti heyvandarlıqla məşğuldur, ilin 9 ayını Azərbaycan ərazisində yaşayırlar.
Şəbnəm Xatun
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru