Rusiyanın son bir ayda Ural neftini neçəyə satdığı üzə çıxıb

17-08-2023, 11:48           
Rusiyanın son bir ayda Ural neftini neçəyə satdığı üzə çıxıb
Ural nefti Avropa İttifaqı ölkələrinin 2022-ci ilin dekabrında Rusiya nefti üçün müəyyənləşdirdiyi 60 dollar/barel qiymətinin üzərində ticarətini davam etdirib.
Rusiyanın Ural neftinin bir barelinin qiyməti 15 iyul-14 avqust tarixlərində orta hesabla 70,3 dollar olmaqla, Avropa İttifaqının tətbiq etdiyi yuxarı qiymət həddini keçərək ticarətə davam edib.
Bu barədə Rusiya Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, iyulun 15-dən avqustun 14-dək aparılan monitorinq dövründə Brent markalı neftin bir barelinin qiyməti 84,2 dollar olub. Həmin dövrdə Ural neftinin bir bareli orta hesabla 70,3 dollardan satılıb.
Beləliklə, Ural nefti Avropa İttifaqı ölkələrinin 2022-ci ilin dekabrında Rusiya nefti üçün müəyyənləşdirdiyi 60 dollar/barel qiymətinin üzərində ticarətini davam etdirib.
Xatırladaq ki, “Yeddilik qrupu” ölkələri, Avropa İttifaqı və Avstraliya 2022-ci il dekabrın 5-dən etibarən dəniz yolu ilə tədarük edilən Rusiya neftinin barelinə 60 dollar qiymət tavanı qoyub. Qiymət tavanının dəyişməsi üçün Avropa İttifaqı və G7 ölkələrinin yekdil razılığı olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru