Bakıda milyon yarımlıq DƏLƏDUZLUQ - TƏFƏRRÜAT

17-08-2023, 16:05           
Bakıda milyon yarımlıq DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Bakıda ipoteka ilə mənzil almaq istəyənlərə qarşı dələduzluq edib.

Teref.az Lent.az-a istinadla xəbər verir ki, “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbalıyev, agentliyin satış menecerləri - Orxan Əliyev və Natiq Şahmuradov külli miqdarda dələduzluqda ittiham olunurlar. Onların barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə cinayət işi açılıb.

Əldə etdiyimiz məlumata görə, ittihama əsasən, adları çəkilən şəxslər Bakıda ipoteka ilə ev almaq istəyənlərə kömək edəcəklərini bildiriblər. Bu məqsədlə onlardan ümumilikdə 1 milyon 490 min 200 manat alıblar. Ancaq sonradan dəstə üzvləri dediklərinə əməl etməyiblər.

İş üzrə 33 zərərçəkmiş var.

Hazırda cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq aparılır. Məhkəmənin hazırlıq iclası avqustun 29-da hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru