Kondisionerin sərinliyi altında yatma risklidir

17-08-2023, 17:06           
Kondisionerin sərinliyi altında yatma risklidir
Yayın nəfəskəsən istisində sərinləməyə çalışarkən sağlamlığınızı itirə bilərsiniz.

KONKRET.az xəbər verir ki, kondisionerlərdən düzgün istifadə etmədikdə bel, boyun,və əzələ ağrılarınız ola bilər. Hətta infeksiya və allergiyadan tutmuş soyuqdəyməyə kimi ciddi problemlərlə də qarşılaşma ehtimalınız böyükdür.

Mütəxəssislərin fikrincə, yatarkən kondisioneri mütləq söndürmək lazımdır. Çünki uzun müddət eyni yerə yönələn soyuq hava axınının fərqinə varmırıq. Lakin bütün gecə soyuq havaya məruz qalan boyun əzələlərində əmələ gələn spazm səhər boynu hərəkət etdirə bilməməyimizə səbəb olur. Elə buna görə yatarkən kondisioneri ya tamamilə söndürülməli, ya da bütün bədəni örtmək üçün nazik ədyaldan istifadə olunmalıdır.

Həmçinin, kondisioner tənzimlənməlidir. “Daxili və xarici temperatur çox yaxşı balanslaşdırılmalıdır. Məsələn, çöldə temperatur 40 dərəcədirsə, kondisioner 25 dərəcədə işlədilməlidir”.

Onun sözlərinə görə, miqren tipli baş ağrısından əziyyət çəkənlər üçün kondisioner daha təhlükəlidir. Bu, təkrarlanan boyun spazmanı və miqren ağrılarını daha da artıra bilər.//Yenisabah












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru