ABŞ-də axtarışda olan cinayətkar polisdə işə düzələn zaman həbs edilib - FOTO

18-08-2023, 16:13           
ABŞ-də axtarışda olan cinayətkar polisdə işə düzələn zaman həbs edilib - FOTO
Axtarışda olan cinayətkar ABŞ-də polisə işə düzəlməyə qərar verib. Həmin şəxs həbsdən şərti olaraq vaxtından əvvəl azad edilmə qaydalarını pozmaqda ittiham olunur.

Məlumata görə, 24 yaşlı Castin Karter polis məmuru olmaq qərarına gəlib və ərizəsini onlayn formada vasitəsilə Arkanzasın bölmələrindən birinə təqdim edib. Fiziki hazırlıq normativlərindən keçmək üçün zabitlərlə şəxsi görüşə gələndə namizədin bioqrafik məlumatlarında uyğunsuzluqlar olduğunu görüblər.

Ətraflı araşdırmadan sonra Karterin şərti azadlığa buraxılması qaydalarında pozuntularına görə Corciya əyalət polisi tərəfindən axtarışda olduğu müəyyən edilib. Bundan başqa, həmin şəxs ərizəsində başqasının adını və soyadını göstərib. Bildirilir ki, standartlardan keçdikdən sonra Karter həbs edilib.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.