Qaz sayğacına aid köhnə kartdakı məbləği yenisinə köçürmək olar?

19-08-2023, 09:14           
Qaz sayğacına aid köhnə kartdakı məbləği yenisinə köçürmək olar?
“Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev dəyişdirilmiş qaz sayğacının (əvvəlcədən ödənişli) köhnə kartında olan məbləğin yeni karta necə köçürülməsi ilə bağlı suala aydınlıq gətirib.

Bunun üçün abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “ASAN Kommunal” mərkəzlərinə yaxınlaşmalıdır.

Şöbə rəisinin sözlərinə görə, “ASAN Kommunal” mərkəzlərinə yaxınlaşan şəxslər şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı, çıxarılan və yeni quraşdırılan smart-kartları təqdim etməlidirlər.

“Qeyd edilən sənədləri təqdim etməklə köhnə kartda olan məbləği yeni karta əlavə heç bir rüsum ödəmədən köçürə bilərlər”, - deyə şöbə rəisi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru