Soçi yaxınlığında ABŞ-yə məxsus PUA görüntüləndi - FOTO/VİDEO

19-08-2023, 14:04           
Soçi yaxınlığında ABŞ-yə məxsus PUA görüntüləndi - FOTO/VİDEO
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RQ-4 Global Hawk” pilotsuz uçuş aparatı (PUA) Qara dəniz üzərində görüntülənib.

Bunu “Flightradar” xidmətinin məlumatları sübut edir.

Mənbənin məlumatına görə, “FORTE10” çağırış nişanlı pilotsuz uçuş aparatı Siciliya adasında yerləşən NATO-nun Siqonella hərbi dəniz bazasından havaya qalxıb. Aparat Rusiyanın Krasnodar diyarının və Ukrayna Krımının sahilləri boyunca 15-16 km yüksəklikdə orta hesabla 980 km/saat sürətlə hərəkət edir.

Məlumata görə, dron Rusiyanın Soçi şəhərinə təxminən 100 km məsafədə yaxınlaşıb.
Qeyd edək ki, “RQ-4 Global Hawk” ABŞ-nin strateji kəşfiyyat PUA-sıdır. 18 km hündürlükdə uça bilir və 12 300 dəniz milindən (təxminən 23 000 km - red.) çox uçuş məsafəsinə malikdir.


Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru