Yaralının başından fraqmentləri tibbi alətlərsiz çıxaran cihaz hazırlanıb - VİDEO

20-08-2023, 12:54           
Yaralının başından fraqmentləri tibbi alətlərsiz çıxaran cihaz hazırlanıb - VİDEO
Artıq başından yaralanan şəxsin beynindən metal hissələri tibbi alətləri istifadə etmədən çıxarmaq mümkün olacaq. Rusiyalı alimlər qəlpələri elektromaqnetizmin köməyi ilə çıxaran cihaz hazırlayıblar.

İnnovativ məhsul “Avtoplan” cərrahi naviqasiya sisteminə əsaslanır, bunun sayəsində beyin toxumalarında metal parçaların yerini dəqiq müəyyənləşdirmək mümkündür.

Yeni cihaz həkimlərə beyində açıq cərrahiyyə əməliyyatına müraciət etməməyə və kəllə sümüyündə dəliyin ölçüsünü fraqmentin ölçüsü ilə məhdudlaşdırmağa imkan verir.
Bundan əlavə, fraqmentlərin çıxarılması prosesində insan amilinin təsiri praktiki olaraq sıfıra endirilir ki, bu da cərrahi beyin zədəsinin nəticələrini xeyli azaldır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru