Cinayətkar qrup yaratmaqda ittiham olunan kəşfiyyat rəhbəri azadlığa buraxıldı
20-08-2023, 17:45

Avqustun 18-də cinayətkar qrup yaratmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılan Slovakiyanın informasiya xidmətinin (kəşfiyyatının) rəhbəri Mixal Alaç həbsdən azad edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Slovakiya Baş Prokurorluğunun nümayəndəsi Zuzana Drobova məlumat verib.
"Prosesdən sonra Alaç prokurorun razılığı ilə həbsdən azad edilib”, deyə xanım Drobova bildirib.
Mixail Alaç cinayətkar qrup yaratmaq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarını rədd edir. O, istintaq başa çatdıqdan sonra məsələ ilə bağlı daha ətraflı şərh verə biləcəyini də bildirib. Bununla belə, o, təqaüdə çıxmaq niyyətində deyil.
Mixail Alaçın saxlanması avqustun 19-da məlum olub. Bu işdə Slovakiya Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Roman Koneçnin də adı keçir. İstintaq iddia edir ki, Mixail Alaç slovakiyalı iş adamlarından birinin rəhbərlik etdiyi cinayətkar qrupun üzvü olub. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının fikrincə, onun məqsədi cinayət araşdırmalarının gedişatına təsir göstərmək olub. Roman Koneçniyə qarşı aparılan istintaq etiraz edən işçilərin qəsdən işdən çıxarılması şübhələrinə aiddir.