Azərbaycanda " Yeni Fyüzatı " -ə qarşı repressiyalar4 FOTO
21-08-2023, 09:53

1911- ci ilin martın 18 - də Azərbaycan jurnalistlərinin kütləvi həbsi olub, göz altına alınan qələm sahiblərinin evlərində , qəzet redaksiyalarında axtarışlar aparılıb .Səbəb " Yeni Fyüzat " dərgisinin Türkiyəyə göndərilən 5 - ci sayının kömrükdə yoxlanışı zamanı dərgidə Xivə xanlığı ilə bağlı " zərərli " məqalənin aşkarlanması olub.Məqalənin məzmunu təxminən belədur ki , Xivə xanlığının Rusiyanın əsarətinə düşməsi məhkum türk millətlərinə böyük zərbə oldu , Osmanl dövləti yanlışlığa yol verdi. Bu məqalədə pantrürkizm iyisi görən car jandarmeyası " Yeni Fyüzatı " n naşir və redaktoru Əlipaşa Hüseynzadə Səbru , məcmədə məqalələr yazan Türkiyə təəbəsi Ali Kamalı , əməkdaşların bir necəsini həbs edir.Axtarışlar , həbslər bununla yekunlaşmır. Oruc Orucov qardaşlarının " Məlumat " və " Yeni Həyat " qəzetlərində pantürkistlərin aranıb, axtarılmasına başlanılır.Dövrün əksər publisistləri , milli mövqeyi ilə seçilən qələm əhli sorğu- suala cəkilir , 8 nəfər həbs edilərək Sibirə sürgün edilir.
" Azərbaycan mətbuat tarixi" ndə qısa bəhs etdiyim jurnalistlərimizin həbsi barədə hadisəni oxuyan Yusif Həmzə adlı fəal oxucumuz məktub göndərərək, Gürcüstan arxivlərində bu barədə məlumatlar olduğunu qeyd edərək həbs olunan jurnalistlərimizin istintaq müddətində cəkilən şəkillərini də göndərib.
Qeyd edim ki , Azərbaycan jurnalistlərinin kütləvi həbsi barədə AMTA - da da məlumatlar , çinayət işinin materialları saxlanılır.
Ps.Birinci foto " Yeni Füyuzat " ın naşiri Əlipaşa Hüseynzadəyə , ikinçi Oruc Orucova , ücüncü foto isə Məmmədsadıq Axundova aiddir



Akif Aşırlı
Teref.az