Unudulan xatirələri geri qaytarmağın yolu tapılıb

23-08-2023, 14:14           
Unudulan xatirələri geri qaytarmağın yolu tapılıb
“Xatirələri unutmaq – yeni bilgiləri əldə etmək, öyrənmək üçün faydalı elementdir”.

“Trinity” Biotibb İnstitutunun (TBSI) alimləri apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər.

Elm adamlarının tədqiqatlarının nəticələri “Cell Reports” jurnalında dərc olunub.

Bununla bağlı laboratoriya siçanları ilə təcrübələr aparılıb. Heyvanlar obyekti xüsusi məkanla əlaqələndirməli, sonra obyekt orijinal kontekstindən çıxardıqda onu tanımalı idi. Ancaq məlum oldu ki, siçanlar başqaları yarandıqda əvvəlki assosiasiyaları unudurlar.

Unutmağın bu formasının mexanizmlərini öyrənmək üçün nevroloqlar xüsusi xatirələri saxlayan beyin hüceyrələri qruplarının (enqramların) aktivləşməsini, həmçinin onların unutduqdan sonra necə işlədiyini izləyiblər.

Məlum olub ki, enqramlar arasında rəqabət dominant yaddaşa təsir edərək, “məğlub tərəfdə” saxlanan məlumatları unutdurur.
Bununla belə, bir qrup beyin hüceyrələrini təbii və süni siqnallarla, həmçinin yeni xatirələrlə yenidən aktivləşdirməklə unudulmuş fraqmentlər bərpa oluna bilər.

Kəşf yaddaşın formalaşma mexanizmlərinə işıq salır və müəyyən şəraitdə unutmanın geriyə dönə biləcəyini göstərir.

Tədqiqat həmçinin Altsheymer kimi xəstəlikləri olan insanlar üçün yeni istiqamətlərin əsasını təşkil edə bilər.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru