"Vaqner" rəhbəri Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğradığı ərazidə olan 10 cəsədin hamısı tapılıb.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan təyyarənin göyərtəsində Priqojinin olduğunu təsdiqləyib.
Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan biznes təyyarəsinin sərnişinlərinin siyahısını dərc edib:
Sergey Poopustin Yevgeni Makaryan Aleksandr Totmin Valeri Çekalov Dmitri Utkin Nikolay Matuseev Yevgeni Priqojin
Ekipaj üzvləri: Aleksey Levşin - komandir; Rüstəm Kərimov - ikinci pilot; Kristina Raspopova - stüardessa.
Məlumat üçün əlavə edək ki, sərnişinlər arasında olan erməni əsilli Rusiya vətəndaşı Yevgeni Makaryan Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.