Bakı metrosunda sıxlığın qarşısını necə almaq olar?

24-08-2023, 17:05           
Bakı metrosunda sıxlığın qarşısını necə almaq olar?
Metroda olan sıxlıq hər kəs kimi məni də narahat edir. Bu barədə xeyli düşündüm, müşahidə apardım. Müşahidə zamanı qismən də olsa, problemin mahiyyətini öyrənə bildim.

Bildiyiniz kimi, xəttdə yeni və köhnə qatarlar var. Yay aylarında insanlar yeni qatara, yəni kondisionerlə təchiz edilmiş qatarlara minməyə üstünlük verirlər. Bu da sıxlığın yaranmasına səbəb olur.

Bu nə etməli?

Məncə, yeni qatarların sayı az olduğu üçün bu hallar baş verir.

Metropoliten işçisi bu problemlərin səbibini bu cür izah etdi: "Yeni qatarların sayı az olduğuna görə bir istiqamətdə, yəni yalnız Dərnəgül xətti istiqamətində olan əksər qatarlar yeniləri ilə əvəz edilib. Digər istiqamətdə, yəni İçərişəhər xəttində isə 3 yeni qatar var. Bunlarda nasazlayanda əvəzinə köhnə qatar buraxılır".

Metropoliten işçisinin sözlərini dinlədikdən sonra bakı Metropoliteninin rəhbərliyinə belə bir təklif vermək istəyirəm.

Təklifim odur ki, yeni qatarların sayı bərabər olaraq hər iki istiqamətə də paylansın. Məsələn, əgər 20 yeni qatar varsa və bunların 17-si Dərnəgül xəttini əhatə edib, 3 ü İçərişəhər xəttini əhatə edirsə, bunun əvəzinə 10-u Dərnəgül xəttini, 10-u da İçərişəhər xəttini əhatə edə bilər. Beləliklə, "28 May"a getmək istəyən sərnişinlər sırf Dərnəgül xəttini gözləmək məcburiyyətində olmaz və bununla da qismən də olsa, sıxlığın qarşısı alınmış olar.

Gülxanım ƏLİYEVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.