Priqojinlə təyyarədə ölən yeganə qadın Kristina kimdir? - MARAQLI FAKTLAR- FOTO

25-08-2023, 10:34           
Priqojinlə təyyarədə ölən yeganə qadın Kristina kimdir? -
Ötən gecə Rusiyanın Tver vilayətində “Embraer Legacy 600” özəl təyyarəsi qəzaya uğrayıb. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.

Təyyarənin göyərtəsində olan yeganə qadın 39 yaşlı Kristina Raspopova (Yadrevskaya) olub.

Kristina Çelyabinsk vilayətinin Yemanjelinsk şəhər prokurorunun müavini Yevgeni Raspopovun böyük bacısıdır. O, Qazaxıstanda anadan olub. Sonradan Kristina Rusiyanın paytaxtı Moskva şəhərində yaşamaq qərarına gəlmişdi. Bu yaxınlarda o, Sankt-Peterburqa köçmüş və "MNT Aero" şirkətinin həyata keçirdiyi şəxsi uçuşlarda stüardessa işləyirdi.

Qəza günü Kristina uçuşun gecikməsindən şikayətlənib. O, şəxsi bloqunda uçmağa hazır olduğunu göstərən bir foto paylaşıb. O, paylaşımda səhər yeməyi və tam dolu çamadanı göstərib.




BAKU.WS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru