Valideynlər İctimai Şuraya ən çox nədən şikayət edir? - Sədr açıqladı

25-08-2023, 12:24           
Valideynlər İctimai Şuraya ən çox nədən şikayət edir? - Sədr açıqladı
Yeni tədris ilinin başlamasına sayılı günlər vaxt qalıb.

Sentyabrın 15-dən yeni tədris ilinə start veriləcək. Sosial şəbəkələrdə isə tədris prosesi başlamadan valideynlər tərəfindən şikayətlər paylaşılır. Bəziləri məktəbli geyimlərinin, ləvazimatlarının baha olması, bəziləri formaların seçilməsində yaradılan problemlərlə bağlı şikayətlər səsləndirirlr.

Maraqlıdır, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya da şikayətlər daxil olubmu?

TEREF.AZ-ın məlumatına görə, İctimai Şuranın sədri Günel Səfərova Cebhe.info-ya açıqlamasında bildirib ki, şikayətlər olur:

"Əlbəttə, məktəb geyimləri və formaları ilə bağlı müəyyən şikayətlər daxil olmuşdu. Onun həlli istiqamətində müəyyən addımlar atıldı. Amma ümumi elektron yerdəyişmə ilə bağlı müəyyən şikayətlər gəlir. Bilirsiniz, hər şey elektronlaşdırılıb. Elektronlaşdırılma nəticəsində müəyyən müraciətlər olur.

Əgər qanun çərçivəsindədirsə, anında həll olunur, qanundan kənardırsa, sözsüz ki, burada kiməsə güzəşt edilmir. Xüsusilə, qanundankənar olaraq, liseyə qəbul imtahanından keçməyənlərlə bağlı müraciətlər gəlir. Bu müraciətlər isə nəzərə alınmır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru