“Android” istifadəçilərinə telefon nömrələri ilə bağlı möhtəşəm funksiya gəlir - FOTO

25-08-2023, 14:34           
“Android” istifadəçilərinə telefon nömrələri ilə bağlı möhtəşəm funksiya gəlir - FOTO
“Google” “Android” smartfon istifadəçilərinə telefon nömrəsini tez köçürmək funksiyasını təklif edəcək.

Bu barədə “9to5Google” nəşri məlumat yayıb.

Məqalə müəllifləri “Android”in yeni versiyasının kodunu araşdırarkən, orada eSIM tarifinin bir smartfondan digərinə sadələşdirilmiş ötürülməsi funksiyasını tapıblar.

Bununla bağlı görüntülərə əsasən, istifadəçilərə yeni qadceti quraşdırarkən onlara cihazın ekranında görünən QR kodu skan etmək təklif olunacaq. Bu halda, eSIM nömrəsinin köhnə telefonla əlaqəsi kəsiləcək və yenisinə təyin ediləcək.
Materialda deyilir ki, gələcəkdə telefon istifadəçiləri fiziki SİM kartlardan tamamilə imtina edə biləcəklər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru