Bütün dünya əhalisi qlobal istiləşmədən təsirlənib

8-09-2023, 14:28           
Bütün dünya əhalisi qlobal istiləşmədən təsirlənib
Demək olar ki, bütün dünya əhalisi iyun-avqust aylarında texnogen iqlim dəyişikliyi nəticəsində temperaturun yüksəlməsi ilə üzləşib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“İyul ayı tarixi ərazində ən isti dövrünü yaşayıb və avqustun orta temperaturu da sənaye inqlabından əvvəlki səviyyədən 1,5 dərəcə yüksək olub. ABŞ-ın “Climate Central” tədqiqat qrupu 180 ölkə və 22 ərazidə temperaturu araşdırıb və müəyyən edib ki, dünya əhalisinin 98%-i karbon qazı ilə çirklənmə səbəbindən ən azı iki dəfə daha yüksək temperaturlara məruz qalır. Son üç ayda Yer kürəsində faktiki olaraq heç kim qlobal istiləşmənin təsirindən qurtula bilməyib”, - məlumatda deyilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru