Gündəmə çevrilən tərs "A" simvolunun mənası bu imiş - AÇIQLAMA

9-09-2023, 00:10           
Gündəmə çevrilən tərs "A" simvolunun mənası bu imiş - AÇIQLAMA
Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində tərsinə A hərfinin yazılması iddia edilir.
Hətta sosial şəbəkələrin erməni seqmentində də qorxu yaradan tərsinə, sirli A hərfi ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Metbuat.Az-a bildirdi ki, bu simvollardan Azərbaycan Ordusu əvvəllər də istifadə edib və bu normal haldır:
“Bizə aid olan maşınları digərlərindən, digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün bu cür işarələrdən, nişanlardan istifadə edirik. Çünki eyni texnikalar həm də Ermənistan və rus ordusu tərəfindən istifadə edilir. Sosial şəbəkədə son dəfə görünən tərsinə A hərfi Azərbaycan sözünün tərsinə A həm də V kimi oxuna bilər. Ortadakı xətti nəzərə almasaq, bu “victory”, yəni zəfər işarəsidir”.Ekspert işarəni Zəngəzurla əlaqələndirənlərlə bağlı bunları deyib:
“Bunun yazılmasında məqsəd hərbi qulluqçuların təhlükəsizliyini təmin etməkdir. Hərə özünəməxsus formada bunun şifrəsini çözməyə çalışır. Halbuki bu rəqəmlərdən biz daha əvvəllər də istifadə etmişik. İstənilən halda bu işarələrin əsas məqsədi bizim texnikaları Rusiya və Ermənistana aid olan texnikalardan fərqləndirməkdir. Hərbçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru